19 
Apr
2017
11:17
39
249
2943
Virtual karabakh

Rusiya Azərbaycanla sərhəddə artilleriya təlimlərinə başlayıb

19 Apr, 2017
11:17
2943

Rusiya Azərbaycanla sərhəddə artilleriya təlimlərinə başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağıstanda Rusiyanın Xəzər donanmasına aid artilleriya bölmələri təlimlərə başlayıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Cənub Hərbi Dairəsinin Xəzər donanmasının dəniz piyadalarının artilleriya bölmələri Dağıstanın Adanak poliqonu və Skorpion taktiki meydanında döyüş atəşinin tətbiqi ilə batareya təlimləri keçirir. Təlimlərə 50-dən çox hərbi və xüsusi texnika cəlb edilib.

Cənub Hərbi Dairəsindən bildirilib ki, dəniz piyadaları şərti düşmənin dəniz desantının çıxarılmasının qarşısını alacaq müdafiə yönümlü tədbirlər reallaşdıracaq. Təlimlər zamanı müxtəlif çətinlik dərəcəsi olan 70-dən çox döyüş tapşırığı həyata keçirilməlidir.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri