19 
Apr
2017
15:40
76
225
5203
Virtual karabakh

İran yeni snayper tüfəngini təqdim etdi – FOTO

19 Apr, 2017
15:40
5203

İran yeni snayper tüfəngini təqdim etdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heydər” adlı yeni snayper tüfəngi təqdim edilib. İran hərbi sənaye kompleksinin hazırladığı 12.7 mm çaplı snayper tüfəngi nümayiş olunub.

Oxu.Az istipress-ə istinadən xəbər verir ki, bu barədə məlumat İran mətbuatında yer alıb.

Snayper tüfənginin çəkisi patron darağı və aksessuarları ilə birlikdə 17.5 kq, uzunluğu 135 santimetrdir.

Tüfəngin maksimum atış mənzili 3000 metr olaraq göstərilir.

Yarımavtomat iş prinsipinə malik “Heydər” snayper tüfənginin darağı ənənəvi tüfənglərdə olduğu kimi gövdənin altında deyil, sol tərəfindədir. Qaz ötürücü boru isə sağda yerləşdirilib.

Z.Q

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri