27 
Apr
2017
16:50
199
35
4270
Virtual karabakh

Hərbi ekspert Rusiyadan alınan hücum silahlarını şərh etdi

27 Apr, 2017
16:50
4270

Hərbi ekspert Rusiyadan alınan hücum silahlarını şərh etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiyadan alınan hücum silahlarının daha bir hissəsinin ölkəmizə gətirilməsi Ordumuzun güclənməsinə böyük töhfədir.”

Bu sözləri hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev Oxu.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən, Rusiyadan mərhələli şəkildə ölkəmizə müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilir:

“Hesab edirəm ki, aprelin 26-da ictimaiyyətə təqdim edilən bu silah və texnika Müdafiə Nazirliyi tərəfindən alınan silahların hamısı yox, cüzi bir qismidir. Çünki alınan bütün silah və texnikaların hamısının nümayişi təhlükəsizlik baxımından yolverilməzdir. Əlbəttə ki, bu silah və texnika paradda nümayiş etdirmək və yaxud da ki, sıra baxışı üçün alınmayıb. Bunlar konkret olaraq döyüşdə istifadə edilmək və düşməni məhv edərək torpaqlarımızın azad edilməsi üçün alınmışdır. Əminəm ki, aldığımız texnika və silahlar tezliklə bu müqəddəs vəzifənin icrası zamanı istifadə olunacaq”.

Hərbi ekspert alınan yeni silah və hərbi texnikanın tez bir zamanda mütəxəssislər tərəfindən mənimsənilərək döyüş bölgələrində yerləşən bölmələrimizin silahlanmasına verilməklə aktiv döyüşlər zamanı şəxsi heyətin döyüş imkanlarının daha da güclənməsini təmin etmiş olacağına inandığını bildirib:

“Bundan başqa hesab edirəm ki, istifadədə olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə mərhələlərlə modernizə edilməsi prosesi də Silahlı Qüvvələrimizin qarşısında qoyulan tapşırıqların uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcək. Hər kəs görür ki, Azərbaycan Ordusu həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasında öz yerini inamla tutmaqda davam edir və ordumuz bu yeniliklərin nəticəsi olaraq istənilən hərbi vəzifəni icra edə bilər və edəcək də”.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri