27 
Apr
2017
17:34
14
197
1450
Virtual karabakh

XİN: Ermənistanın Qarabağda konfrans keçirməsi təxribatdır

27 Apr, 2017
17:34
1450

XİN: Ermənistanın Qarabağda konfrans keçirməsi təxribatdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əldə etdiyimiz məlumata əsasən, 13-15 sentyabr 2017-ci il tarixində Ermənistan tərəfindən Yerevanda və Azərbaycanın işğal edilmiş ərazilərində “Tibbdə reabilitasiyanın müasir aspektləri” mövzusunda VIII beynəlxalq konfransın keçirilməsi planlaşdırılır”.

Bu barədə XİN-dən Oxu.Az-a daxil olan məlumatda bildirilir.

Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, konfransda Rusiya, Çexiya, Tacikistan, Almaniya, Qazaxıstan, Özbəkistan və Gürcüstandan olan tibb üzrə mütəxəssislər dəvət olunublar:

“Azərbaycanın işğal olunmuş ərazilərində bu tədbiri təşkil etməklə Ermənistanın məqsədi tibbi reabilitasiyanın müasir aspektlərini müzakirə etmək deyil. Ermənistanın güddüyü əsl məqsəd siyasi təxribat xarakteri daşıyır. Ermənistan bu yolla yenə də qondarma rejimi təşviq etməyə və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməyə çalışır.

Bu, Ermənistan tərəfindən həyata keçirilməsi planlaşdırılan növbəti təxribatdır. Konfransa dəvət olunan xarici ölkə vətəndaşlarını Ermənistanın bu yalanına uymamağa və rəsmi Yerevanın əlində təbliğat alətinə çevrilməməyə, işğal olunmuş ərazilərə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması ilə müşayiət olunan qeyri-qanuni səfərlərdən çəkinməyə çağırırıq. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər hüquqi məsuliyyət ehtiva edir.

Vətəndaşları sözügedən tədbirə dəvət olunmuş ölkələri də öz vətəndaşlarının bu konfransda qeyri-qanuni iştirakının qarşısını almaq üçün təsirli addımlar atmağa çağırırıq”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri