28 
Apr
2017
12:14
29
294
7139
Virtual karabakh

Ermənistan Azərbaycana “OSA” zenit raketi atdı – FOTO

28 Apr, 2017
12:14
7139

Ermənistan Azərbaycana “OSA” zenit raketi atdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.

Oxu.Az-ın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 27-də axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.

Əraziyə baxış keçirilərək 9M33M2 tipli raketin başlıq hissəsi və digər qalıqları tapılaraq götürülüb.

İlkin araşdırma Ermənistan silahlı qüvvələrinin silahlanmasında olan raketlərin köhnə və istismara yararsız olduğunu göstərib.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri