28 
Apr
2017
14:44
176
160
8080
Virtual karabakh

Lavrov, Məmmədyarov və Nalbandyanın görüşü başa çatıb – BƏYANAT + YENİLƏNİB

28 Apr, 2017
14:44
8080

Lavrov, Məmmədyarov və Nalbandyanın görüşü başa çatıb – BƏYANAT + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aprelin 28-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Sergey Lavrov, Elmar Məmmədyarov Edvard Nalbandyanın işgüzar görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsi davam edib. 2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb”.
 
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə nazirlərin üçtərəfli görüşünün yekunları ilə bağlı yayılan rəsmi məlumatda bildirilir.  
 
Qeyd olunur ki, Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri münaqişənin sülh yolu ilə həllinə kömək səylərinə görə Rusiya XİN rəhbərinə təşəkkür ediblər: “Nazirlər bütün müzakirə olunan məsələlər üzrə təmasları davam etdirməyə razılaşıblar. Üçtərəfli danışıqların yekunları əsasında onların ATƏT-in Minsk Qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşü olub. Görüşdə münaqişənin həlli məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb”.

12:37

Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Sergey Lavrov, Elmar MəmmədyarovEdvard Nalbandyan arasında üçtərəfli görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunacağı danışıqlar qapalı, mətbuatın iştirakı olmadan keçirilir.

Qeyd edək ki, danışıqların müəyyən mərhələsinə ATƏT-in Minsk qrupunun həmsədrləri də qatılacaqlar.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri