28 
Apr
2017
15:43
363
14
8133
Virtual karabakh

Azərbaycan hərbçiləri haubitsalardan atəş açdı – FOTO

28 Apr, 2017
15:43
8133

Azərbaycan hərbçiləri haubitsalardan atəş açdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin döyüş hazırlığı planına əsasən, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 4-cü kursunda təhsil alan kursantlar üçün artilleriya təlim mərkəzində “Atış və atəşin idarə edilməsi” fənni üzrə döyüş atışlı praktiki məşğələ keçirilib.

Oxu.Az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, məşğələnin əsas məqsədi tədris dövründə keçirilən dərslərdə ixtisas hazırlığı üzrə əldə olunan bilik və bacarıqların poliqonlarda, real döyüş şəraitinə uyğun vəziyyətdə praktiki tətbiqinin yoxlanılması olub.

Kursantlar 122 millimetrlik D-30 tipli haubitsalardan döyüş mərmiləri ilə atışları icra etməklə müxtəlif məsafələrdə hərəkət edən və hərəkətsiz hədəfləri məhv etmək üzrə normativ çalışmaları yerinə yetiriblər.

Döyüş şəraitinə tam uyğunlaşdırılmış vəziyyətdə keçirilən təlimdə şəxsi heyətin döyüş və mənəvi-psixoloji keyfiyyətləri yüksək qiymətləndirilib.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri