11 
May
2017
09:36
239
18
4315
Virtual karabakh

Azərbaycan “Yalquzaq”ı dünyaya ixrac edəcək

11 May, 2017
09:36
4315

Azərbaycan “Yalquzaq”ı dünyaya ixrac edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “Yalquzaq” snayper tüfənginin ixracına başlayır. 

Oxu.Az-ın məlumatına görə, bu barədə APA-ya müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, bir neçə xarici ölkədən “Yalquzaq” tüfəngi üçün böyük həcmli sifarişlər alınıb. Hazırda sifarişlərin icrası istiqamətində işlər gedir.

Y.Camalov silahın Azərbaycanda Sərhəd Qoşunlarına da verildiyini qeyd edib.

Nazir bildirib ki, “Yalquzaq” texniki-taktiki imkanlarına görə öz sinfindəki bir çox tüfəngləri üstələyir. Azərbaycanın NATO kalibrində (7.62x51mm) ilk silahı olan “Yalquzaq” tam olaraq yerli mütəxəssislər tərəfindən yaradılıb.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri