11 
May
2017
13:42
252
16
5413
Virtual karabakh

MN: Ermənistan televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən açılan atəşə cavab verilib

11 May, 2017
13:42
5413

MN: Ermənistan televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən açılan atəşə cavab verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində cəbhə xəttində Ermənistanın “Şant” televiziya şirkətinin operatorunun bölmələrimiz tərəfindən açılan atəş nəticəsində yaralanması barədə yaydıqları məlumata münasibət bildirib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan hərbi texnikasının kamuflyaj rənginə uyğun maskalanmış, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan, “Şant” televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb.

“Eyni zamanda onu da bildiririk ki, Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür”, -deyə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri