12 
May
2017
17:48
184
33
5554
Virtual karabakh

Qarabağ müharibəsində itkin düşmüş şəxslərin siyahısında dəqiqləşdirmə yekunlaşmaq üzrədir

12 May, 2017
17:48
5554

Qarabağ müharibəsində itkin düşmüş şəxslərin siyahısında dəqiqləşdirmə yekunlaşmaq üzrədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə dair siyahıda dəqiqləşdirmə yekunlaşmaq üzrədir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda qeyd edilib.

Məlumata əsasən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin axtarışı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısında müəyyən edilmiş vəzifələrin icrası məqsədilə itkin düşmüş şəxslərə dair siyahıda dəqiqləşdirilmə işi yekunlaşmaq üzrədir.

Qeyd olunanlarla əlaqədar Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş yaxınlarının qeydiyyatı üçün Dövlət Komissiyasına müraciət etməmiş vətəndaşlardan qısa müddətdə İşçi qrupuna məlumat vermələri xahiş olunur.

Ünvan: Bakı şəhəri, Parlament prospekti, 14
Telefonlar: (012) 405-83-82
                  (012) 405-84-43
                  (012) 405-91-53
                  (012) 405-80-43
E-mail: [email protected]

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri