13 
May
2017
22:24
42
219
3066
Virtual karabakh

Cocuq Mərcanlıda gün ərzində mindən artıq qəlpə aşkar edilib – FOTO

Cocuq Mərcanlı kəndində gün ərzində 1 283 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 29 014 kv.m ərazi (2 134 kv.m əl ilə, 8 000 kv.m mexaniki üsulla və 8 880 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Məlumatda bildirilir ki, 81 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilmiş, 41 ədəd partlamamış hərbi sursat (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 10 ədəd piyada əleyhinə mina (OZM-72) və 76 ədəd tank əleyhinə mina (25 ədəd TM-57 minası və 51 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilmişdir. İndiyədək 2 750 325 kv.m (275.03 ha) ərazi müxtəlif üsul və vasitələrlə yoxlanılmış, 1 774 925 kv.m (175.5 ha) ərazi tam təmizlənmiş, 862 400 kv.m (86.2 ha) ərazi mexaniki üsulla yoxlanılmış, 113 000 kv.m (11.3 ha) ərazi isə ″SENSYS dərinlik ölçən cihazı″ ilə təkrar dərinliyə yoxlanılıb.

İ.N.

www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Müharibə xəbərləri