16 
May
2017
13:26
224
16
2440
Virtual karabakh

Ermənistanda hərbi hissə komandiri işdən azad edilib

Ermənistanın müdafiə naziri üç erməni hərbçisinin çayda boğularaq ölməsi məsələsində günahkarları cəzalandıracağını bildirib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, ötən gün onun əmri ilə N saylı hərbi hissənin komandiri Gevorq Manqasaryan işdən azad edilib.

Başqa komandirlərin də istefaya göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, mayın 13-də Azərbaycanın işğal altında olan Ağdərə rayonunun Madagiz kəndi yaxınlığında “Vilis” markalı avtomobilin gölə düşməsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 3 hərbçisi boğularaq ölüb. Bunlar Ruben Barseqyan (1998-ci ildə anadan olub), Rafael Bişaryan (1997) və Ruben Mnatsakanyandır (1998).

Xatırladaq ki, aprelin üçüncü ongünlüyü və mayın əvvəlini əhatə edən 4 həftə ərzində qeyri-döyüş şəraitində Ermənistan ordusunun 8 hərbçisi qeyri-döyüş şəraitində ölüb.

A.M.

www.oxu.az

Digər Müharibə xəbərləri