18 
May
2017
15:39
121
489
14088
Virtual karabakh

İşğal olunmuş torpaqların azad olunacağına inanırsınızmı? – SORĞU

18 May, 2017
15:39
14088

İşğal olunmuş torpaqların azad olunacağına inanırsınızmı? – SORĞU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun Ermənistan ordusu tərəfindən işğalından 25 il keçir. Laçından başqa Dağlıq Qarabağ və ətraf 7 rayon da uzun illərdir ki, işğal altındadır. Bu hərbi təcavüz nəticəsində 1 milyondan çox azərbaycanlı tarixi torpağından didərgin düşüb. Bəs Bakı sakinləri Dağlıq Qarabağ münaqişəsinin həllinə inanırmı?

Oxu.Az xəbər verir ki, “ACT Azərbaycan” 19 aprel - 1 may tarixlərində Bakı şəhərində apardığı sorğunun nəticələrini təqdim edib.

Rəyi öyrənilmiş respondentlərin böyük əksəriyyəti (94%) torpaqların işğaldan azad olunacağına inanır. Cəmi 6% münaqişənin həllinə bədbin yanaşır.

Sualı cavablandıran qadınların 93%-i, kişilərin isə 97%-i işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonun işğaldan azad olunacağına inanır.

Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4,9%-dir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri