20 
May
2017
12:10
193
37
8926
Virtual karabakh

Almaniya XİN-dən Qarabağla bağlı vacib bəyanat

20 May, 2017
12:10
8926

Almaniya XİN-dən Qarabağla bağlı vacib bəyanat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa Şurasının monitorinq institutlarının Dağlıq Qarabağa və Azərbaycanın 7 ətraf rayonuna maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb”.

Oxu.Az xəbər verir ki, APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bu sözləri Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot AŞ Nazirlər Komitəsinin Kiprdə keçirilən 127-ci sessiyasında çıxışı zamanı deyib.

O çıxışında eyni vəziyyətin Abxaziya və Cənubi Osetiya, Denstryanı, həmçinin Krıma aid olduğunu da bildirib: “Rusiya tərəfindən ilhaq olunmuş Krımda, həmçinin Şərqi Ukraynada separatçıların nəzarətində olan ərazilərdə insan haqlarının vəziyyəti böyük narahatlıq yaradır. 

AŞ-nın insan haqları üzrə səlahiyyətlisinin və digər monitorinq institutlarının bu regionlara maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb”.

O, AŞ-nin baş katibi Tyorbörn Yaqlandı bu istiqamətdə qətiyyətli şəkildə öz səylərini davam etdirməyə çağırıb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri