20 
May
2017
20:55
270
33
3098
Virtual karabakh

NATO proqramı çərçivəsində Azərbaycan hərbçilərinin təlimi keçirilib

20 May, 2017
20:55
3098

NATO proqramı çərçivəsində Azərbaycan hərbçilərinin təlimi keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələrinin ƏİK kəşfiyyat bölüyünün 1-ci səviyyəli NATOqiymətləndirmə təlimi keçirilib.

Oxu.Az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, təlim zamanı bölüyün təchizatı, avadanlığı, rabitə vasitələri ilə təminatı, eləcə də  şəxsi heyətin ingilis dilini bilmə səviyyəsi, digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə uyarlılığı, sülhməramlı qüvvələr tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqların icrası məsələləri qiymətləndirilib.

Bölüyün qiymətləndirilməsi NATO-nun Quru Qoşunları Komandanlığının rəhbərliyi ilə Alyansın müxtəlif qərargahlarının və tərəfdaş ölkələrin ƏİK üzrə qiymətləndiricilər qrupu tərəfindən həyata keçirilib.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri