25 
May
2017
09:12
14
184
3298
Virtual karabakh

KİV: İşğal olmuş Xankəndindən Şuşaya təyyarələr uçub?

25 May, 2017
09:12
3298

KİV: İşğal olmuş Xankəndindən Şuşaya təyyarələr uçub?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənilər tərəfindən işğal edilmiş Xankəndindən Şuşaya uçuşlar təşkil edilib.

Oxu.Az bu barədə “Novosti-Armeniya”ya istinadən xəbər verir. 

Layihə rəhbəri Tiqran Çibuxçyanın sözlərinə görə, turistik hava gəzintiləri keçən həftə ikinəfərlik təyyarələrdə başlayıb. Uçuşun müddəti 20-25 dəqiqə, qiyməti isə 35 min dram olub (təxminən 70 dollar).

Layihənin maliyyələşdirilməsi “Yell Extreme Park” tərəfindən həyata keçirilib və ümumilikdə 35 min dollardan ibarətdir. 

Kompaniyanın planlarında, həmçinin Azərbaycanın digər işğal edilmiş ərazilərinə, məsələn, Qandzasar monastır kompleksinə uçuşların təşkil edilməsi daxildir. Əsas baza Xankəndində yerləşəcək. 

Məlumata görə, hazırda Yerevandan uçuşlar üçün Ermənistanın Azərbaycan ilə həmsərhəd rayonlarında kiçik aviasiya üçün aeroportun yaradılması məsələsi müzakirə edilir. Əsasən söhbət Tavuş vilayətinin Yenokavan kəndindən gedir. 

N.O.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri