25 
May
2017
20:52
22
161
3472
Virtual karabakh

Aİ Qarabağdakı vəziyyətdən narahatdır

25 May, 2017
20:52
3472

Aİ Qarabağdakı vəziyyətdən narahatdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa ölkələri Dağlıq Qarabağ münaqişə zonasında təmas xəttində insan ölümünə səbəb olan insidentlərdən narahatdırlar”.

Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına əsasən, bu barədə Yerevanda çıxışı zamanı Avropa Parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Devid Makallister deyib. 

Onun sözlərinə görə, Aİ tərəfləri ATƏT-in Minsk Qrupunun təklifləri əsasında danışıqları qeyd-şərtsiz bərpa etməyə çağırır.

“Qarabağda status-kvo qeyri-möhkəmdir. Bu münaqişənin hərbi yolla həlli yoxdur. Münaqişənin beynəlxalq hüquq əsasında uzunmüddətli həlli zəruridir. Avropa İttifaqı (Aİ) tərəfləri atəşkəs rejiminə və münaqişənin sülh yolu ilə həlli üçün öz öhdəliklərinə əməl etməyə çağırır, Minsk qrupunun bu istiqamətdə səylərini dəstəkləyir”, - komitə rəhbəri bildirib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri