22 
İyn
2017
20:43
19
114
2135
Virtual karabakh

Aİ Qarabağ münaqişəsi tərəflərinə müraciət etdi

22 İyn, 2017
20:43
2135

Aİ Qarabağ münaqişəsi tərəflərinə müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu yaxınlarda Dağlıq Qarabağ zonasında insan itkisi ilə nəticələnən atəşkəs rejiminin pozulması status-kvonun qeyri-sabit olmasının bariz nümunəsidir.

Oxu.Az-ın News.az-a istinadən xəbərinə görə, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin (EAAS) yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, Ermənistan və Azərbaycan prezidentləri dəfələrlə atəşin dayandırılması və münaqişənin sülh yolu həll olunmasına dair bəyanat veriblər.

“Avropa İttifaqı sözdə olduğu kimi, əməldə də təmkinliyi və eskalasiyanın qarşısının alınmasını gözləyir. Aİ ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəkləyir və onların münaqişə zonasında və Ermənistan-Azərbaycan beynəlxalq sərhədində gərginliyin azadılmasına, həmçinin tərəflərin mahiyyəti üzrə siyasi iradə ilə danışıqlara qayıtmasına dair 19 iyun çağırışına qoşulur”, - bəyanatda deyilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri