23 
İyn
2017
10:44
13
75
8556
Virtual karabakh

Nazirlikdən hərbçilərlə bağlı açıqlama

23 İyn, 2017
10:44
8556

Nazirlikdən hərbçilərlə bağlı açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində Azərbaycan Ordusunun 4 hərbçisinin həlak olması barədə ermənilərin yaydığı məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyindən Oxu.Az-a bildirilib ki, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq “inam” verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə edib.

Qeyd edək ki, Ermənistan mətbuatı separatçı Dağlıq Qarabağ rejiminin “Müdafiə Nazirliyi”nə istinadla Azərbaycan xüsusi təyinatlılarının guya iyunun 21-dən 22-nə keçən gecə qarşıdurma xəttini keçmək cəhdinin qarşısının alındığı və 4 nəfər itki verərək geri çəkilmək məcburiyyətində qaldığı barədə məlumat yayıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri