23 
İyn
2017
11:09
230
23
5354
Virtual karabakh

Azərbaycan Ordusunun şərəfinə yeni medal təsis olunur – FOTO

23 İyn, 2017
11:09
5354

Azərbaycan Ordusunun şərəfinə yeni medal təsis olunur – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi şərəfinə xüsusi medal təsis olunur.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı prezidentin təqdimatı ilə “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavələr təklif edilib.

Layihəyə əsasən, qanunun 2-ci maddəsinə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı hissə əlavə olunur. Medala silahlı qüvvələrdə xidmətdə olan, eləcə də, sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 30-da müzakirəyə çıxarılacaq.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri