23 
İyn
2017
18:25
283
53
2788
Virtual karabakh

Zakir Həsənov: Silahlı Qüvvələrimiz bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir

23 İyn, 2017
18:25
2788

Zakir Həsənov: Silahlı Qüvvələrimiz bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ordumuz sürətli inkişaf dövrü yaşayır”.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün müdafiə naziri Zakir Həsənov Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimində deyib.

Müdafiə naziri bildirib ki, Silahlı Qüvvələrin bütün qoşun növlərində həyata keçirilən islahatlar ordunun gücünü daha da artırır: “Ordunun silah, döyüş vasitələri və hərbi təyinatlı məhsullarla təchizatı yüksək səviyyədədir. Hərbi təhsil sisteminin gücləndirilməsi ilə bağlı tədbirlər görülür.

Minlərlə hərbçinin mənzil-məişət şəraiti yaxşılaşıb, yeni hərbi hissələr yaradılıb. Görülən işlərin nəticəsidir ki, ordumuz 2016-cı ilin aprelində düşmən üzərində qələbəni təmin edib, işğal edilən torpaqlarımızın bir hissəsi azad olunub.

Silahlı Qüvvələrimiz bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir”.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri