24 
İyn
2017
09:38
28
178
2118
Virtual karabakh

Cəbhəyanı kəndlərimiz atəşə tutulub

24 İyn, 2017
09:38
2118

Cəbhəyanı kəndlərimiz atəşə tutulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan (44 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.

Bu barədə  Oxu.Az-a Müdafiə Nazirliyindən bildirilib. 

Məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Barekamavan, kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

A.H

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri