29 
İyn
2017
10:40
156
26
9421
Virtual karabakh

Dünyanın ən güclü orduları – REYTİNQ

29 İyn, 2017
10:40
9421

Dünyanın ən güclü orduları – REYTİNQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Global Firepower beynəlxalq analitik mərkəzi 2017-ci il üçün dünyanın ən güclü silahlı qüvvələrinin yeni reytinqini dərc edib. 

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycanın hərbi gücləri siyahıda 59-cu yerdə göstərilib. 

132 ölkənin reytinqində bədnam qonşumuz Ermənistan 95-ci yerdədir, Cənubi Qafqazın digər dövləti Gürcüstan isə 80-ci pillədə yerləşdirilib.

Dünyanın ən güclü ordularının reytinqində ilk “beşlik”də ABŞ, Rusiya, Çin, Hindistan və Fransa qərarlaşıb. Türkiyə 8-ci, İran 20-cidir.

Reytinq 50 kriteriya üzrə müəyyənləşdirilib. Bu zaman ölkənin hava, su və qurudakı potensial imkanları  qiymətləndirilib. Həmçinin, insan resursları, maliyyə, coğrafiya amilləri nəzərə alınıb. Eyni zamanda, əsas diqqət silahların sayına deyil, müxtəlifliyinə göstərilib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri