İyl
2017
18:44
1421
81
73940
Virtual karabakh

İki yaşlı Zəhranın qisası alındı! – Müdafiə Nazirliyindən BƏYANAT + VİDEO

7 İyl, 2017
18:44
73940

İki yaşlı Zəhranın qisası alındı! – Müdafiə Nazirliyindən BƏYANAT + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Düşmən ağır itkilərə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə və taborun müdafiə rayonuna vurulan atəş zərbələrinin görüntülərini yayıb.

Oxu.Az həmin görüntüləri təqdim edir:

16:02

Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək məqsədilə döyüşə hazırlıq vəziyyətinə gətirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub.

Cəbhənin Füzuli-Xocavənd istiqamətində qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.

Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və qismləri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib.

Hazırda bütün cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

https://youtu.be/qTQJO75OHKY

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri