İyl
2017
16:23
23
439
8635
Virtual karabakh

Ermənilər dinc əhalimizə qarşı yandırıcı güllələrdən istifadə edir

9 İyl, 2017
16:23
8635

Ermənilər dinc əhalimizə qarşı yandırıcı güllələrdən istifadə edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan silahlı qüvvələrinin bölmələri yandırıcı güllələrdən istifadə edərək cəbhə bölgəsində biçilməmiş taxıl zəmisinə od vurublar.

Oxu.Az Report-a istinadən xəbər verir ki, düşmən ordusu hərbçilərinin atəş açması nəticəsində Xocavənd rayonunda 45 hektar taxıl sahəsi yanaraq kül olub.

Yerli sakinlərin verdiyi məlumata görə, hadisə rayonun Ağburun adlanan ərazisində baş verib. Biçilməmiş sahədə yanğın qısa zamanda genişlənərək 100 tona yaxın buğdanı məhv edib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirlyinin bir neçə rayonunun yanğınsöndürənləri cəlb edilib. Alovun qarşısı alınaraq digər zəmilərə keçməsinin qarşısı alınıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri