10 
İyl
2017
18:08
225
20
4856
Virtual karabakh

Müdafiə Nazirliyi növbəti erməni yalanını ifşa etdi – VİDEO + FOTO

Azərbaycan Silahlı Qüvvələrinin (SQ) hərbi qulluqçusunun həlak olması barədə məlumat yalandır.

Bu barədə Oxu.Az-a “Vətən Sağ Olsun” adlı feysbuk sosial şəbəkə istifadəçisinə istinadən Ermənistan mətbuatında guya Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nağıyev Həsən Əli oğlunun 2 iyul 2017-ci il tarixdə Ağdam istiqamətində erməni snayperi tərəfindən vurularaq həlak olması ilə bağlı yayılan məlumatlarla əlaqədar sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunur ki, Nağıyev Həsən Əli oğlu həqiqətən Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib, 2017-ci ilin yanvar ayında ordu sıralarından ehtiyata buraxılıb, hazırda sağ-salamatdır və Şəmkir rayonunda yaşayır.

Müdafiə Nazirliyi bildirir ki, dəqiqləşdirilməmiş yalan məlumatların sosial şəbəkələrdə yayılması düşmən maraqlarına xidmət edir və ictimaiyyətdə yanlış fikir formalaşdırmaqla Silahlı Qüvvələrimizin nüfuzuna xələl gətirmək məqsədini daşıyır.​

N.О.

www.oxu.az

Digər Müharibə xəbərləri