13 
İyl
2017
17:44
341
33
2367
Virtual karabakh

Zakir Həsənov: Azərbaycan Rusiyadan gətirilən silahları uğurla tətbiq edir

Rusiyadan tankların, “Smerç” reaktiv yaylım atəşi sistemlərinin və “Msta-S” qurğularının tədarükü üzrə müqavilənin 90 faizi tamamlanıb, Bakı ödənişləri yerinə yetirilib və silahlar uğurla tətbiq edilir.

Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov “RİA Novosti” agentliyinə müsahibəsində deyib.

Nazir bildirib ki, Rusiyadan əlavə silah tədarükü imkanlarına baxılır.

Qeyd edək ki, Rusiyadan alınan yeni silahların Azərbaycana iyun ayında çatdırıldığı haqda məlumat verilmişdi.

Z.Q.
www.oxu.az

Digər Müharibə xəbərləri