13 
İyl
2017
17:50
511
27
4299
Virtual karabakh

Müdafiə naziri: Ermənistanın “İsgəndər” raketlərini vurmağa qadirik

Azərbaycan Ermənistanda yerləşən “İsgəndər” komplekslərinin raketlərini vura biləcək raket əleyhinə silahlara malikdir.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu “RİA Novosti”yə müsahibəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov deyib.

“Müdafiə naziri olaraq bəyan edirəm ki, bizim “İsgəndər” raketlərinə qarşı sistemimiz var. Bizim də raketlərimiz var, onların sayı 50 dəfə çoxdur. Dediklərimə görə tam məsuliyyət daşıyıram. Təsəvvür edin, onlar bunu tətbiq etmək fikrinə düşsələr, hərbi hədəflərə və infrastruktura cavab atəşi necə olacaq?”, - deyə o vurğulayıb.

Z. Həsənov qeyd edib ki, Azərbaycan həmin raketləri Rusiyadan almasa da, keyfiyyət baxımından analoqlarından geri qalmır: “İsgəndər” yaxşı raket sistemidir. Lakin bir neçə sual var. İlk növbədə bu hansı “İsgəndər”dir? Onların bir neçə növü var. İkincisi, həmin “İsgəndər”lərin vəziyyəti necədir. Üçüncüsü, kim o “İsgəndər”ləri idarə edir. Dördüncüsü, onlar “İsgəndər”ləri tətbiq edə biləcəklərmi? Hərbçi olaraq, biz həmişə ən pis variantı nəzərdən keçiririk, ona hazırıq. Düzdür, biz o raketləri Rusiyadan almamışıq, lakin keyfiyyətinə görə heç də geri qalmır. Mən sizə deyim, biz döyüş atəşləri həyata keçirmişik, nəticə əladır. Əminik ki, yaşayış məntəqələri və Silahlı Qüvvələrimizi müdafiə edə bilərik“. 

Z.Q.
www.oxu.az

Digər Müharibə xəbərləri