13 
İyl
2017
18:18
447
41
8371
Virtual karabakh

Nazir: Düşmənin illər ərzində qurduğu müdafiə xəttini 40 dəqiqəyə keçdik

13 İyl, 2017
18:18
8371

Nazir: Düşmənin illər ərzində qurduğu müdafiə xəttini 40 dəqiqəyə keçdik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz ermənilərin nəyə ümid etdiyini bilirik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaqla, Ermənistan digər ölkələri öz təxribatlarının girovuna çevirir. Onlar bilirlər ki, əgər heç kim situasiyaya müdaxilə etməsə, heç 3 gün davam gətirə bilməyəcəklər. 2016-cı ildə artıq bu, baş verib. Bizi o vaxt dayandırmasaydılar, müqavimət artıq sındırılacaqdı. Düşmənin illər ərzində qurduğu müdafiə xəttini 40 dəqiqəyə keçdik”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov deyib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, Azərbaycan problemin sülh yolu ilə həllinə sadiqdir: “Lakin bu o demək deyil ki, danışıqlar sonsuzluğa qədər davam edə bilər. Onlar çox uzandı. Danışıqlar naminə danışıqlar bizə lazım deyil. Ətrafa diqqət yetirin, beynəlxalq qanunlar artıq işləmir, hamı gücə amilinə arxalanır. Əlbəttə ki, biz buna reaksiya verməliyik”. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri