18 
İyl
2017
18:09
291
46
5311
Virtual karabakh

Zakir Həsənov döyüş hazırlığını yoxladı – FOTO

18 İyl, 2017
18:09
5311

Zakir Həsənov döyüş hazırlığını yoxladı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 18-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin bazasında fəaliyyət göstərən Təlim-məşq kompleksində olub.  

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Kompleksdə şəxsi heyətlə döyüş hazırlığı səviyyəsinin daim yüksəldilməsi məqsədilə suüstü gəmi və katerlərdə suya davamlılıq və yanğın əleyhinə mübarizə, eləcə də gəminin döyüş qabiliyyətinin artırılması üzrə təlim-məşqləri keçirilir.

Müdafiə naziri şəxsi heyətin real qəza vəziyyətinə uyğunlaşdırılmış şəraitdə nümayiş etdirdiyi praktiki fəaliyyətlərini izləyib.

Gözətçi gəmisinə baxış keçirən nazir gəminin təminatı, silahlanmada olan döyüş vasitələrinin hazırlığı ilə maraqlanıb və müvafiq tapşırıqlar verib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri