19 
İyl
2017
18:41
405
12
4082
Virtual karabakh

Qarabağda Ermənistandan çağırılan əsgərlər döyülüblər

19 İyl, 2017
18:41
4082

Qarabağda Ermənistandan çağırılan əsgərlər döyülüblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan silahlı qüvvələrinin Madagiz yaşayış məntəqəsində yerləşən hərbi hissələrindən birində Qarabağdan və Ermənistandan hərbi xidmətə çağırılan hərbi qulluqçular arasında növbəti münaqişə baş verib.

Oxu.Az Report-a istinadan xəbər verir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı işğalçı bölmələrindən birində xidmət edən hərbi qulluqçunun anası Liana Şahramanyan adlı erməni sosial şəbəkə istifadəçisi öz feysbuk səhifəsində paylaşıb.
Məlum olub ki, Yerevan hərbi komissarlığından hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Vanand Xaçaturyan və 1996-cı il təvəllüdlü Erik Harutunyan Qarabağdan olan hərbi qulluqçular tərəfindən döyüldükdən sonra ağır vəziyyətdə hərbi hospitala yerləşdiriliblər.

Bundan əlavə, məhz Ermənistan və Qarabağ erməniləri arasındakı münaqişə zəmində Hadrutda (Xocavənd) yerləşən hərbi hissələrdən birində əslən Ermənistandan olan zabit tabeliyindəki əmrləri icra etmədiyi üçün yerli sakin, müqavilə əsasında xidmət keçən kiçik çavuşu fiziki işgəncəyə məruz qoyub.

Baş verən hadisələrin yerində araşdırılması məqsədi ilə polkovnik V.Şakaryanın rəhbərliyi ilə komissiya ön xəttə gəlib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri