26 
İyl
2017
19:11
558
23
3257
Virtual karabakh

Erməni hərbçiləri daşıyan yük avtomobili aşıb

26 İyl, 2017
19:11
3257

Erməni hərbçiləri daşıyan yük avtomobili aşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan silahlı qüvvələrinin avtomobil texnikasının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində erməni hərbçiləri xəsarət alıblar.

Oxu.Az-ın məlumatına görə, bir neçə gün əvvəl, axşam saatlarında Tonaşen-Madaqiz marşrutu üzrə hərəkət edən Ermənistan ordusunun dağatıcı alayına məxsus “Ural” markalı yük avtomobili dağ yolunda aşıb. 

Yol-nəqliyyat hadisəsi nəticəsində üç əsgər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hərbçilər Ağdərə hospitalına yerləşdiriliblər.

Digər hadisə isə Ermənistan ərazisində, Cermuk avtomobil yolunda baş verib. Şəxsi avtomobili ilə Yexeknadzordan Vayk istiqamətində hərəkət edən müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Mkrtıç Qaramyan yol-nəqliyyat hadisəsi törədib. 

Ağır bədən xəsarəti alan M.Qaramyan tibb müəssisəsinə çatdırılıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri