Avq
2017
10:13
31
217
5844
Virtual karabakh

Ermənilərdən daha bir təxribat

4 Avq, 2017
10:13
5844

Ermənilərdən daha bir təxribat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz arxeoloji qazıntı işlər aparır.

Oxu.Az Report-a istinadən bildirir ki, işğalçı ölkə nümayəndələrinin Ağdamın Şahbulaq qalasının şimal divarı ərazisində apardıqları qazıntı nəticəsində dolça aşkar edilib.

Qazıntı işlərini Xankəndi Dövlət Universitetinin Tarix kafedrasının müdiri Vardqes Safaryan həyata keçirib. Arxeoloji ekspedisiyaya isə Hamlet Petrosyan adlı erməni başçılıq edib.

İnformasiyaya əsasən, aşkar edilən dolçanın bizim eranın 2-3-cü əsrinə aid olduğu ehtimal edilir. Başqa sözlə, onun Şahbulaq qalasından 300 il gənc olduğu bildirilir.

Xatırladaq ki, ermənilər qanunsuz arxeoloji qazıntı işlər aparmaqla yanaşı, tarixi saxtalaşdıraraq, Şahbulağın adını dəyişib “Tiqranakert” qoyublar. 

İ.F.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri