Avq
2017
12:01
321
27
4375
Virtual karabakh

Azərbaycan hərbçiləri Ermənistan nümayəndələrini geridə qoydu

7 Avq, 2017
12:01
4375

Azərbaycan hərbçiləri Ermənistan nümayəndələrini geridə qoydu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Azərbaycan hərbçiləri Ermənistan nümayəndələrini bütün istiqamətlərdə xeyli üstələyir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan hərbçilərinin “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçirilən yarışlarda uğurlu çıxışı Silahlı Qüvvələrə ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir.

“Sevindirici haldır ki, müxtəlif yarışlarda güclərini sınayan hərbçilərimiz 28 ölkə nümayəndələri arasında yüksək göstəricilərə nail olublar.

Qürurverici məqamlardan biri də odur ki, oyunların ilkin mərhələsinin nəticələrinə görə, Azərbaycan hərbçiləri Ermənistan komandasını bütün istiqamətlərdə xeyli üstələyib.

Xüsusilə qeyd edək ki, tank ekipajları, snayperlərimiz və artilleriya heyətləri Ermənistan hərbçilərindən qat-qat yüksək nəticələr göstəriblər. Bu da hərbçilərimizin döyüş hazırlığının, peşəkarlığının, bilik və bacarıqlarının göstəricisidir”, - deyə Müdafiə Nazirliyindən bildiriblər.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri