Avq
2017
00:42
243
441
10436
Virtual karabakh

Düşmən dinc sakinlərimizi atəşə tutub, 13 yaşlı uşaq yaralanıb – YENİLƏNİB + FOTO

8 Avq, 2017
00:42
10436

Düşmən dinc sakinlərimizi atəşə tutub, 13 yaşlı uşaq yaralanıb – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün erməni silahlı bölmələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, atılan güllələrdən biri kənd sakini, 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğlunun ayağının altındakı daş qırıqlarına dəyib. Nəticədə daş qırıqları yeniyetməni zədələyib.

Kənddə olan həkimlər tərəfindən R.Yusifova tibbi yardım göstərilib. Onun qəlpə yaraları da aldığı məlum olandan sonra Tovuz rayon Mərkəzi Xəstəxanasına göndərilib

Qeyd edək ki, bir neçə gün əvvəl ermənilər Qaralar kəndində mülki şəxsləri atəşə tutaraq onların əkin sahələrində təsərrüfatla məşğul olmalarına maneçilik törədiblər. Güllələr yaşayış evlərinin dam örtüklərinə də ziyan vurub.

23:02

Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir dinc sakin yaralanıb. 

Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri