Avq
2017
20:56
28
306
3197
Virtual karabakh

Ermənilər mülki əhalini hədəf alır – VİDEO

Erməni silahlı qüvvələri cəbhəyanı kəndlərdə mülki şəxsləri mütəmadi olaraq atəşə tuturlar.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, iki gün əvvəl Tovuzun düşmənlə üzbəüz olan Qaralar kəndinin 13 yaşlı sakinin yaralanması bunun əyani sübutudur. Ramin özü də deyir ki həyətdə olarkən gözləmdiyi halda atəşə məruz qalıb.

Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Ramil Yusifovun vəziyyəti qənaətbəxşdir.

Qaralar kənd sakinlərinin sözlərinə görə, Düşmən ordusu kənd sakinlərinə əkin-biçin işlərini həyata keçirməkdə mane olmağa hətta həyətdə adi məişət işləri zamanı belə atəşə məruz qalırlar. Hətta bir neçə gün əvvəl Ermənistan silah qüvvələrinin atdığı güllələr yaşayış evlərinin dam örtüklərinə ziyan vurub.

Sakinlər deyir ki silahlı qüvvələrimizin cavabından sonra onlar susdurulur. Atəşkəsin tez-tez pozulmasına baxmayaraq sakinlər heç nədən qorxmadıqlarını və ordumuza güvəndiklərini deyirlər.

Kənddəki toy-nişan mərasimləri də hər şeyin öz axarı ilə davam etdiyini göstərir.

S.B.
www.oxu.az

Digər Müharibə xəbərləri