19 
Avq
2017
10:53
115
19
2794
Virtual karabakh

Vəkil Norayr Norikyan: Zabitləri orduda zorla saxlamaq arzusundadırlar

19 Avq, 2017
10:53
2794

Vəkil Norayr Norikyan: Zabitləri orduda zorla saxlamaq arzusundadırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

www.1in.am saytının məlumatına görə, Ermənistan müdafiə naziri 20 iyun 2017-ci il tarixdə yeni əmr verib. Vəkil Norayr Norikyan bildirib ki, bu əmrdən sonra 17 zabit hüquqlarının bərpa edilməsi tələbi ilə məhkəmələrə müraciət edib.  Yeni əmrə əsasən, zabitlərlə bağlanmış müqavilənin yeni, dəyişdirilmiş variantı təklif edilib. 

Oxu.Az xəbər verir ki, əmrə əsasən, hərbi təhsil müəssisəsini bitirmiş  zabit 10 il başa çatmamış xidmətdən imtina edərsə,  hər il üçün  hazırda mövcud 250 min dram (880 AZN) əvəzinə dövlətə 1 mln. dram (3525 AZN) ödəməlidir. Zabitlərin bir çoxu yeni müqaviləni imzalamaqdan imtina edib.

Vəkil Norayr Norikyan: “Çox təəssüf ki, zabitlərin böyük əksəriyyəti bu gün Ermənistanı tərk etmək niyyətindədir. Bu, bizim ümumi bəlamızdır və ordunun problemidir. Erməni ordusunun zabiti öz ailəsini saxlamaq iqtidarında deyil və buna görə xaricə getmək üçün çıxış yolları axtarır. Bu, yalnız MN-nin problemi deyil, bu, dövlətin strateji problemidir və dövlət bu sahədə əsaslı dəyişikliklər etməyə borcludur. Elə şərait yaradılmalıdır ki, erməni ordusunun zabiti özbaşına xidməti tərk etməsin. Müdafiə Nazirliyi çalışır ki, bu yolla ordudan axının qarşısını alsın, ancaq bu, mümkün deyil”. 

http://www.1in.am/2193252.html

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri