31 
Avq
2017
17:29
14
205
1770
Virtual karabakh

Rusiya XİN: Minsk qrupu həmsədrləri üçlüyünə xas komanda ruhunun qorunub saxlanılacağına ümid edirik

31 Avq, 2017
17:29
1770

Rusiya XİN: Minsk qrupu həmsədrləri üçlüyünə xas komanda ruhunun qorunub saxlanılacağına ümid edirik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Riçard Hoqlandın bəyanatı yenilik deyil, ABŞ, Fransa və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatlarında dəfələrlə buna əsaslanıb".

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsipləri üzrə bu yaxınlarda səsləndirdiyi fikirləri şərh edərkən deyib.

XİN rəsmisi həmçinin yeni amerikalı həmsədr Endryu Şefferin təyinatını da alqışlayıb. Onun sözlərinə görə, həmsədrlər yenilənmiş heyətlə Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərə yardım səylərini davam etdirəcəklər: "Minsk qrupu həmsədrləri üçlüyünə xas komanda ruhunun qorunub saxlanılacağına ümid edirik".

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri