10 
Okt
2017
16:14
352
24
1299
Virtual karabakh

Ermənistan ordusunun daha bir hərbçisi müəmmalı şəraitdə öldü

Ermənistan silahlı qüvvələrində müqavilə əsasında buldozerçi vəzifəsində xidmət edən sıravi Murad Ovanesyan oktyabrın 4-də müəmmalı şəkildə ciddi bədən xəsarətləri alıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 1964-cü il təvəllüdlü M.Ovanesyanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Ermənistanın hüquq-mühafizə orqanları araşdırma aparır.

A.M.

www.oxu.az

Digər Müharibə xəbərləri