12 
Okt
2017
17:43
223
25
6225
Virtual karabakh

Təlimlərdə pilotsuz uçuş aparatlarından istifadə edildi – VİDEO

12 Okt, 2017
17:43
6225

Təlimlərdə pilotsuz uçuş aparatlarından istifadə edildi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Silahlı Qüvvələrin 2017-ci il üçün hazırlıq planına uyğun olaraq, raket və artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilib.

Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə, atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilib.

Təlimlərdə praktiki döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən və atəşin korrektə edilməsi üçün pilotsuz uçuş aparatlarından istifadə edilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri