Apr
2018
22:52
49
468
6012
Virtual karabakh

Rəsmi Bakı Yerevanın “İsgəndər”lərlə bağlı planını araşdırır

6 Apr, 2018
22:52
6012

Rəsmi Bakı Yerevanın “İsgəndər”lərlə bağlı planını araşdırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Yerevanın Azərbaycanla sərhəddə “İsgəndər” komplekslərini yerləşdirmək planları ilə bağlı informasiyanı araşdıracaq.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın XİN-i Elmar Məmmədyarov bildirib.

“Bu informasiyanın hərtərəfli araşdırılması tələb olunur” deyə E.Məmmədyarov “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi  açıqlamada qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın MN-i Viqen Sarkisyan, Yerevanın silah tədarükü baxımından Rusiyalı tərəfdaşları ilə işbirliyini davam etdirdiyini bəyan etmişdi.

Məlumata  görə, Ermənistan tərəfi yeni “İsgəndər” partiyalarının alınması üçün Rusiyadan üçüncü kredit tranşını qəbul etməyə hazırlaşır. 

Ermənistan KİV-nin məlumatına görə əvvəlkilərdən fərqli olaraq,  yeni kredit faizsiz olacaq və onunla daha böyük partiyalarda “İsgəndər” əməliyyat-taktiki raket kompleksləri alınacaq.  Həmin komplekslərin Azərbaycanla sərhədə yerləşdiriləcəyi bildirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri