25 
Sen
2018
15:29
207
75
2843
yuxarı
Azərbaycanda Rusiya helikopterləri üçün servis mərkəzi yaradılacaq
25 Sen, 2018
15:29
2843
207
75
Azərbaycanda Rusiya helikopterləri üçün servis mərkəzi yaradılacaq
“Vertolyoti Rossii” hondinqi “ADEX-2018” sərgisi çərçivəsində Azərbaycan ərazisində Rusiya helikopterləri üçün servis mərkəzinin yaradılmasını müzakirə etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu fikirləri holdinqin baş direktorunun müavini İqor Çeçikov deyib.
“Sərgi çərçivəsində tərəfdaşlarımıza mülki və hərbi helikopterlərin ən yeni nümunələrini və kompleks şəkildə onların gələcək xidmətlərini təklif etmək niyyətindəyik. Həmçinin, Azərbaycan ərazisində Rusiya helikopterləri üçün servis mərkəzinin hazırlanması məsələsini də aktivləşdirmək istəyirik”, - Çeçikov deyib.
“ADEX-2018” sərgisində “Vertolyoti Rossii” bir sıra yeni mülki və hərbi helikopterlərin nümunələrini nümayiş etdirir.
Ə.Ş.
www.oxu.az