15 
Okt
2018
15:02
85
21
13036
Virtual karabakh

Üç şəhidin hekayəsi – bir ailənin oğulları

15 Okt, 2018
15:02
13036

Üç şəhidin hekayəsi – bir ailənin oğulları

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən illər ərzində Azərbaycan torpaqlarının işğalı, Qarabağ müharibəsi, qəhrəmanlarımız haqqında çoxlu məqalələr yazılıb, filmlər çəkilib. Ancaq bu qəlbdağlayan hadisə bizim hər birimizi düşünməyə vadar edəcək...

Oxu.Az Qarabağ müharibəsində üç oğlunu itirən azərbaycanlı ailələrdən birinin hekayəsini sizə təqdim edir:

Müharibənin ilk günlərində Aslanovlar ailəsindən dörd nəfər hərbi xidmətə yollanır. Kazım Aslanov xeyir-duası ilə dörd oğlunu – Vidadi, Xaqani, Hasil və Sabiqi müharibəyə yola salır. 

Qardaşlardan ikisi Ağdama, digərləri isə Xocalıya düşür. Qardaşlar bir müddət sonra göstərdikləri mərdliklərə görə komandir olurlar və ən gərgin döyüşlərdə iştirak edirlər.

Hücum və Xocalı qırğını

1992-ci il fevralın 26-sı. Bu tarix Aslanovlar ailəsinin taleyində dönüş nöqtəsi olur. 

Qardaşlardan biri - Xaqani Aslanov Xocalıda dinc sakinlərə kömək etməyə başlayır. O, müxtəlif yollarla 160-dan çox insanı erməni mühasirəsindən çıxararaq, Ağdama apara bilir, onlardan çoxu yaralı, qadın, qoca və uşaq idi. Yaralıları o, evinə aparır, anası və həyat yoldaşına verirdi. Onlar isə yaralılara ilk yardım göstərirdilər.

Bir müddət sonra o, yenidən Xocalıya girməyə və mühasirədə olan insanları çıxarmağa çalışır. Ancaq düşmən onu görür. Atışma başlayır. Düşmən gülləsi Xaqaniyə tuş gəlir...

Döyüş yoldaşları onun haqqında bunları deyirdi:

“O, qorxunun nə olduğunu bilməyən əsl qəhrəman idi”, - Xəqaninin yoldaşları onun xatırlayırlar.

Xaqaninin ölümü qalan üç qardaşın səngərlərdə daha çox qəhrəmanlıqlar göstərməsinə səbəb olur.

“Bu qara xəbərdən sonra qardaşlar praktiki olaraq yatmırdılar. Onlar könüllü şəkildə ön cəbhəyə getdilər”, - Hasil və Vidadi Aslanovların komandiri deyir. 

Bir il sonra - 1993-cü il iyunun 23-ü. Azərbaycanın Ağdam rayonunda döyüşlər gedir. Hasil, Vidadi və onun 17 yaşlı oğlu, eləcə də, bir neçə əsgər bu istiqamətdə Azərbaycan ordusunun olmamasına baxmayaraq, Ağdam rayonunun Şelli kəndinin mühafizəsini davam etdirirdilər.  Şiddətli döyüşlər zamanı ölənlər arasında Hasil və Vidadi də vardı. Onlar qardaşları Xaqaninin öldüyü gündə şəhid oldular. 

17 yaşlı oğlu Ceyhun Aslanov isə öz əlləri ilə atasının cəsədini döyüş meydanından çıxardı. Bu, gənc oğlana güclü psixoloji təsir göstərdi. 

Cəbhə xəttində döyüşən ailənin ən balaca oğlu Sabiq Aslanov idi. Qardaşlarının ölüm xəbərindən sonra o, könüllü şəkildə Ağdama yollandı. Həmin vaxt Ağdamda gərgin döyüşlər gedirdi.

Bir neçə gün sonra düşmən gülləsi ona da tuş gəldi. Sabiq ağır vəziyyətdə yaxınlıqdakı hospitala çatdırıldı. Həkimlər onun həyatını xilas edə bildi. 

Bundan sonra, Müdafiə Nazirliyi “Sıravi Raynı xilas edərkən” filmindəki kimi dördüncü qardaşın axtarışlarına başlayır və onu hospitalda tapırlar.

Bu, Vətənə sədaqətli dörd igid böyüdən azərbaycanlı ailələrdən birinin tarixidir. Bu cür tarixlər çoxdur: onlar erməni işğalçıları ilə şiddətli döyüşlərdə ərlərini və oğullarını itirənlər, ermənilər tərəfindən işgəncələrə məruz qalanlar, erməni təcavüzü nəticəsində yaxınlarını və doğmalarını itirənlər barəsindədir. 

Biz onları xatırlayır, onların xatirəsini yad edir, onlarla fəxr edirik!

Material Xaqani Aslanovun oğlu Cəsarət Aslanovun hekayələri əsasında hazırlanıb. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri