19 
Okt
2018
17:40
16
178
5158
Virtual karabakh

Deputat: İşğala görə bəzi yerlərdə bələdiyyələrin yaradılması mümkün deyil

19 Okt, 2018
17:40
5158

Deputat: İşğala görə bəzi yerlərdə bələdiyyələrin yaradılması mümkün deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 19-da ölkəmizdə səfərdə olan Latviya Bələdiyyələr İttifaqının nümayəndə heyəti Milli Məclisin (MM) Regional məsələlər komitəsinin üzvləri ilə görüşüblər.

Oxu.Az-ın xəbərinə görə, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, Azərbaycanla Latviya arasında siyasi münasibətlər yüksək səviyyədədir və digər sahələrdə də əməkdaşlıq getdikcə inkişaf edir. 

Komitə sədri ölkəmizin bələdiyyə sistemindəki yenilikləri, qanunvericilik bazası, əldə olunan müsbət nəticələr barədə qonaqlara ətraflı məlumat verib, diqqətə çatdırıb ki, ölkədə 1500-ə yaxın bələdiyyə var, lakin Azərbaycanın 20 faiz ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğuna görə bu ərazilərdə yerli özünüidarəetmə orqanlarının yaradılması mümkün deyil.

Millət vəkili Kamran Bayramov isə bildirib ki, bələdiyyələrimiz arasındakı əməkdaşlıq iki ölkənin münasibətlərinin inkişafında mühüm yer tutur.

Deputat Latviyada Azərbaycan Ticarət Evinin açılması üzərində iş getdiyini və bunun tezliklə həyata keçiriləcəyinə əminliyini ifadə edib. 

Görüşdə Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakas diqqətə çatdırıb ki, mövcud iqtisadi potensial hazırkı əməkdaşlıqdan qat-qat çoxdur:

“Bu baxımdan, ölkəsi Azərbaycanla iqtisadi, regional əməkdaşlığın daha da inkişafını, o cümlədən qarşılıqlı ticarət dövriyyəsinin artırılmasını istəyir”.

Səfir yerli özünüidarəetmə sahəsində yaxşı əlaqələrin qurulduğunu vurğulayaraq, bunun tərəflər üçün faydalı olduğunu deyib və əlavə edib ki, nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində müxtəlif şəhər və rayonlarda görüşlər keçirib, müxtəlif ideyalar ətrafında faydalı müzakirələr aparıblar. 

Söhbət zamanı Latviya Bələdiyyələr İttifaqının sədri Gints Kaminskis də beynəlxalq qurumlardakı birgə əməkdaşlığın səmərəsindən danışıb, yerli özünüidarəetmə sahəsində qarşılıqlı təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb. 

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri