24 
Okt
2018
13:29
18
272
17779
Virtual karabakh

Paşinyandan Qarabağla bağlı yeni - BƏYANAT

24 Okt, 2018
13:29
17779

Paşinyandan Qarabağla bağlı yeni - BƏYANAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Ermənistan parlamentinin hökumət başçılığına namizədliyin müzakirə edildiyi iclasında Qarabağ münaqişəsinin həlli ilə bağlı deputatların sualına cavab verib. 

Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Nikol Paşinyanın sözlərinə görə, ölkənin heç bir lideri Qarabağ münaqişəsini xalqdan gizlin həll edə bilməz. 

“Mənim xalqın müzakirəsinə verilməsinin vacibliyini hesab etdiyim variant danışıqlar prosesində hazırlansa, sözsüz ki, bu, ilk addım olacaq. Qarabağ məsələsinin gizli yolla istənilən həlli istisna edilir”, - Paşinyan deyib. 

Onun sözlərinə görə, münaqişənin həlli zamanı Azərbaycan və Ermənistan xalqlarının, eləcə də, Qarabağda yaşayan sakinlərin mövqeyini nəzər almaq lazımdır.

Ə.Ş.
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri