31 
Okt
2018
15:52
452
42
17584
Virtual karabakh

Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə - FOTO

31 Okt, 2018
15:52
17584

Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfər edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə olub.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri Günnüt kəndi və ətraf ərazilərdə yerləşən mövqelərdə, Qızılqaya yüksəkliyində yaradılmış etibarlı müdafiə sistemi, görülmüş mühəndis işləri və yeni mövqelərdə qısa zamanda inşa olunan əsgəri-məişət kompleksləri ilə tanış olub. Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, daimi işıq və istilik sistemi ilə təchiz edilib.

General-polkovnik Z.Həsənov ön xətdə əsgər və zabitlərlə görüşüb, xidmətin təşkili ilə maraqlanıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri