Noy
2018
21:14
18
258
8035
Virtual karabakh

Həmsədrlər bəyanat yaydılar

ATƏT-in Minsk qrupunun həmsədrləri Cənubi Qafqaz regionuna səfərin yekununa dair bəyanat yayıblar.

Oxu.Az xəbər verir ki, bəyanatda səfərin əsas məqsədinin MDB-nin Düşənbə sammiti çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri arasındakı danışıqların nəticələrinin müzakirəsi, sülh nizamlanmasında atılacaq addımların müəyyənləşdirilməsi olub. 

Bildirilir ki, səfər çərçivəsində həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşlər keçiriblər, Ağdam rayonu ərazisində qoşunların təmas xəttində monitorinqdə iştirak ediblər, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsi və Qızıl Aypara Cəmiyyəti, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı nümayəndələri ilə müzakirələr aparıblar. 

Eyni zamanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilin sonunadək görüş keçirmək barədə razılığa gəldiyi vurğulanır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri