Noy
2018
16:22
328
65
13340
Virtual karabakh

Paşinyan Ermənistanın işğalçı ölkə kimi tanınmasına start verdi - ŞƏRH

Ermənistan baş naziri postuna seçilməyən Nikol Paşinyan növbəti piar-şousu zamanı Azərbaycanın işğal olunmuş ərazilərinə gedib. Ermənistan KİV qarşısında çıxış edərkən Paşinyan işğal altındakı Dağlıq Qarabağda xidmət edən əsgərləri “Ermənistan ordusu” adlandırıb. 

“Baku Network” ekspertlər qrupunun rəhbəri, azərbaycanlı politoloq Elxan Ələsgərovun fikrincə, məhz Ermənistan ordusunun Azərbaycan ərazilərinin işğal edilməsinin etirafı “Qarabağ klanının” üzvlərinin törətdiyi cinayətlərin ifşası ilə yanaşı, Minsk qrupu tərəfindən reaksiyaya səbəb olmalıdır. 

“Ermənistanın de-fakto rəhbərliyi tərəfindən edilən bu bəyanat Yerevanın bütün beynəlxalq hüquq prinsiplərini pozduğunu göstərir. Bəyanat Azərbaycanın rəsmi orqanları tərəfindən qeydə alınmalıdır”, - müsahibimiz qeyd edib. 

E.Ələsgərov bildirib ki, Paşinyan bu bəyanatla Ermənistanın beynəlxalq aləmdə işğalçı ölkə kimi tanınmasının əsasını qoydu. 

“Ermənistanın xarici siyasi mövqeyi bu ölkənin qeyri-peşəkar fəaliyyəti və bəyanatları ilə daha da pisləşir. Paşinyanın daxili cəbhədə populizmin arxasınca getməsi KTMT-nin erməni rəhbərliyinin dəyişməsinə səbəb olub. O, Rusiya-Ermənistan münasibətlərinin dayaqlarını sarsıdır, İranla sərhədin bağlanması ilə bağlı açıqlama verir və Tehranın narahatlığına səbəb olacaq layihənin tikintisini reallaşdırır”, - ekspert qeyd edib. 

Bununla yanaşı, o əlavə edib ki, Paşinyanın ən məntiqsiz mövqeyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdədir. 

“Qarabağ separatçılarının münaqişə tərəfi kimi danışıqlara dəvət edilməsi ideyası tamamilə iflasa uğrayıb”, - müsahibimiz deyib.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri