20 
Noy
2018
16:01
462
34
17569
Virtual karabakh

Erməni diversant Gəncədə məhkəmə qarşısında - VİDEO + YENİLƏNİB

20 Noy, 2018
16:01
17569

Erməni diversant Gəncədə məhkəmə qarşısında - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mən onu tanımıram. Sonradan eşitdim ki, hazırda sahibi olduğum bazarda partlayış etmək istəyib. Bu bazar sovet dövründə Qazax rayonunda mərkəzi bazar kimi fəaliyyət göstərib. Hazırda orada 44 obyekt var və hər gün səhər saat 05.00-dan 18.00-a qədər fəaliyyət göstərir. 

Mərkəzi küçədə olan bazarda 250 nəfərə yaxın şəxs satışla məşğuldur. Oraya gündəlik 1000 nəfərdən çox alıcı gəlir. Əgər orda terror aktı törədilsəydi, xeyli sayda insan həlak olar, külli miqdarda maddi ziyan da dəyərdi. Ona görə xahiş edirəm bu terorçuya lazımı cəzanı verərdiniz.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu sözləri məhkəmə iclasında zərərçəkmiş Hadiyev Nazim Teymur bildirib.

Onun sözlərinə görə, həmin bazara sovetlər dövründə ermənilərin çox gəldiyi məkanlardan olub:

“Onlar oranı yaxşı tanıdıqlarından partlayış törətmək üçün əlverişli məkan sayıblar”.

Kazaryan Karenin vəkili Eldar Əbilov zərərçəkmişə sualla müraciət edərək ona nə zərər dəydiyini soruşub.

Zərərçəkmiş şəxs isə bildirib ki, əgər partlayış hadisəsi olardısa, ona böyük ziyan dəyər dəyəcəkdi.

Dindirilən Kazaryan Karen Armeni zərərçəkmiş şəxsi tanımadığını bildirib.

Qeyd edək ki, məhkəmə iclası noyabrın 27-də davam etdiriləcək.

15:33

Azərbaycanda terror aktı törətməyə cəhd göstərən erməni diversantın məhkəmə prosesi təxirə salınıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Nazim Hadiyev dindirilib.

Daha sonra hakimin qərarı ilə məhkəmə proses 27 noyabr tarixinə təyin edilib.

13:07

Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni diversant Karen Armeni Kazaryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, prosesə hakim Kəramət Əliyev sədrlik edir.

Erməni diversant Karen Armeni Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həyat və sağlamlıq əleyhinə olan cinayətlər (120-143) - 120.2.12; 120.2.7; 120.2.11; 120.2.5; 120.2.1; İqtisadi fəaliyyət sahəsində olan cinayətlər (190-213) - 206.3.2; İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər (214-233) - 214.2.1; 228.1; 214-3.1; 214.2.3; Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər (274-285) - 282.1; 276; İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə (315-326) - 318.2 təqsirli bilinir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri