21 
Noy
2018
17:23
126
47
3709
Virtual karabakh

XİN: Paşinyan Sarqsyandan qətiyyən fərqlənmir

21 Noy, 2018
17:23
3709

XİN: Paşinyan Sarqsyandan qətiyyən fərqlənmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın mətbuat konfransında əsirlərin dəyişdirilməsi məsələsinə münasibət bildirərək, erməni əsirliyində saxlanılan iki azərbaycanlı mülki şəxsin Azərbaycana qaytarılmasına qarşı çıxdığını bildirməsi ilə əlaqədar açıqlama yayıb.

Oxu.Az-ın məlumatına görə, açıqlamada deyilir ki, beynəlxalq humanitar hüquqda münaqişə tərəflərinin razılığı əsasında əsir və girovların dəyişdirilməsi məsələsi öz əksini tapır və beynəlxalq təcrübədə bu kimi mübadilədən geniş istifadə olunur. 

“Azərbaycan beynəlxalq hüququn müvafiq konvensiyaları, eləcə də, humanizm prinsiplərindən çıxış edərək hər iki tərəfdə saxlanılan girovların dəyişdirilməsi təklifi ilə çıxış etdiyi halda, Paşinyan səsləndirdiyi bəyanatı ilə, əslində, ölkəsinin üzvü olduğu Cenevrə Konvensiyaları və onun əlavə protokollarına zidd olaraq beynəlxalq öhdəliklərini kobudcasına pozduğunu etiraf etdi. Bu addım onun ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər zaman təşviq etdiyi humanitar fəaliyyətə məhəl qoymadığını göstərdi.

Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyanın bu bəyanatı onun sivil davranışlardan tamamilə uzaq, sözdə sülh və barışıqdan bəhs edən, əməli olaraq isə ümumbəşəri humanizm prinsiplərini rədd edən biri olduğunu açıq şəkildə nümayiş etdirir.

Bu bəyanat Paşinyanın sələfi Serj Sarqsyandan qətiyyən fərqlənmədiyini göstərir”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri